Səmra əlini maşından niyə çəkib?


Şou-biznes 30 Dek 2018 22:30:00 303 0

Səmra əlini maşından niyə çəkib?

Müğənni Səmra Rəhimli "Maşın"dan getmə səbəbini açıqlayıb. Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, gənc ifaçı instaqram səhifəsində status yazaraq ötən gün yarışmanı tərk etməsinə münasibət bildirib. 

Səmra qeyd edib ki,  maşına digər finalistlərin daha çox ehtiyacı var: "Getmə səbəblərimi sizinlə bölüşmək istəyirəm. Xəyalə Quliyeva və Ranar Musayev maşını çox istəyirdilər. Kim qalib gəlsə, çox sevinərəm. İstəyirəm ki, yeni ildə Xəyalə balalarını maşınla gəzdirsin. Səbəbini açıqlamaq istəmirəm, amma Ranarın da bu maşına ehtiyacı var. Onlar məndən yaşca böyükdürlər.