ABŞın neft ehtiyatları azalıb


Dünya 30 Dek 2018 21:59:00 198 0

ABŞın neft ehtiyatları azalıb

Birləşmiş Ştatların neft ehtiyatları geriləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 46 min barrel (0,01 faiz) azalaraq 441,4 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,9 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 500 min barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə əvvəlki həftə ilə müqayisədə dəyişməyərək 649,1 milyon barrel təşkil edib.