Erməni mətbuatı: Putinin Paşinyana "sürprizi" iki ölkənin münasibətlərinə yaxşı gələcək vəd etmir


Dünya 30 Dek 2018 21:30:00 290 0

Erməni mətbuatı: Putinin Paşinyana "sürprizi" iki ölkənin münasibətlərinə yaxşı gələcək vəd etmir

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Moskvaya səfərindən sonra Rusiya Prezidenti Vladimir Putinin hazırda həbsdə olan sabiq prezident Robert Koçaryanı Yeni il və Milad bayramı münasibətilə təbrik etməsi və ona ruh yüksəkliyi və mətanət arzulayaraq mənəvi dəstək olması iki ölkənin münasibətlərinin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər siyasi şərhçi Akop Badalyanın Ermənistanın "Lraqir.am" xəbər portalında yerləşdirilmiş analitik məqaləsində yer alıb.

Müəllif Rusiya Prezidentinin Koçaryandan ötrü Ermənistanla münasibətləri pozacağı ehtimalının az olduğunu iddia etsə də, Yerevanda baş verənlər bunun tam əksini göstərir. Belə ki, sabiq prezidentin vəkillərinin dekabrın 26-da onun haqqında həbs-imkan tədbirinin dəyişdirilməsi müraciətinə rədd cavabı verilib. Məhkəmədə bunu "hakimin vaxtının olmaması" ilə izah ediblər. Beləliklə, Koçaryan Yeni ili həbsxanada qarşılamalı olacaq.