İqlim fəlakətinin ilkin nəticələri açıqlanıb


Digərləri 30 Dek 2018 20:55:00 471 0

İqlim fəlakətinin ilkin nəticələri açıqlanıb

"Xristian köməyi" ictimai təşkilatının hesabatına əsasən, iqlimin antropogen dəyişməsi nəticəsində yaranan ekstremal hava hadisələri zamanı minlərlə insan ölüb və ümumilikdə, dünyaya on milyardlarla dollar zərər dəyib. 

Son.az oxu.az-a istinadən bildirir ki, istixana qazlarının hava buraxılmasının davam etməsi gələcəkdə vəziyyəti xeyli çətinləşdirəcək.

Mütəxəssislər zərəri bir milyard dollardan çox olan 10 təbii fəlakət seçiblər, onlardan dördünün hər birinin zərəri yeddi milyard dollardan çox olub. Ən çox zərər verən təbiət hadisələri "Florens" və "Mişel" qasırğaları (17 və 15 milyard dollar) olub.