2018ci ildə bütün dünyaya DAMĞASINI VURAN HADİSƏLƏR FOTO


Digərləri 30 Dek 2018 20:09:00 551 0

2018ci ildə bütün dünyaya DAMĞASINI VURAN HADİSƏLƏR  FOTO

2019-cu ilə az qalıb.

Son.az "ölkə.az"-a istinadən bütün dünyada sənətdən siyasətə, maqazin dünyasından elmə qədər 2018-ci ilin ən unudulmaz hadisələrini toplayıb. 2018-ci ilə damğa vuran hadisələri oxucularımıza təqdim edirik.

Zombie ilə vidalaşdıq

"Zombie", "Linger", "Animal İnstincts", "Promises" kimi mahnılarla 1990-cı illərə damğasını vuran irlandiyalı rok qrupu "The Cranberries"in solisti Dolores Oriordanın meyiti 15 yanvar tarixində Londonda bir oteldə tapılıb. 46 yaşlı Doloresin spirtli içkidən zəhərlənərək öldüyü bildirilir.

Fatih Akın "Qızıl Qlobus" qazandı

Türk əsilli alman rejissor Fatih Akın "İn the Fade" adlı filmi ilə sayca 75-ci "Qızıl Qlobus" mükafatlandırmasında "ən yaxşı xarici film" mükafatına layiq görülüb.

İslandiyada bütün dünyaya nümunə olan qadağa 2018-ci ilin ən yaddaqalan hadisələrindən biri İslandiyada meydana gəlib. Artıq iş yerlərində kişilərə qadınlardan çox maaş verilməyəcək. Bu, qadağan edilib.

İngiltərə tənhaların səsini eşitdi

İngiltərədə qəribə hadisə baş verdi və tənhalıq məsələləri üzrə nazirlik quruldu.

Elmi fantastikanın "anası" həyatla vidalaşdı

Bir sıra əfsanəvi kitabların yazıçısı Ursula Le Quin 88 yaşında vəfat edib.

İlon Maskdan bir ilk

İlon Mask qurucusu olduğu "SpaceX" şirkəti dünyanın ən güclü raketini kosmosa göndərdi.

Ceff Bezos dünyanın ən varlı adamı oldu

"Amazon" şirkətinin qurucusu və baş direktoru Ceff Vezos dünyanın ən varlı adamları siyahısında 112 milyard dollarlıq sərvəti ilə birinci yerə çıxıb. Siyahını "Forbes" şirkəti hazırlayıb.

6 il sonra Romaya qar yağdı

İtaliyanın paytaxtı Romaya 2012-ci ildən sonra ilk dəfə 2018-c ildə qar yağdı. İllər sonra qar yağdığı üçün məktəblər tətilə buraxıldı. Küçələri təmizləmək üçün isə ordu şəhərə yeridildi.

"PAOK" klubunun sahibi silahla sahəyə girərək hakimi hədələdi

Yunanıstanın "PAOK" futbol klubunun sahibi İvan Savvidis "AEK" ilə keçirilən oyunda silahla sahəyə enərək hakimi hədələyib. Bundan sonra Yunanıstanda liqa oyunları təxirə salındı

İsveçrədə qısqanclığa səbəb olan hadisə

İsveçrədə bütün dünyanın qısqanclığına səbəb olan hadisə baş verdi. Federal Məclisin üst qanadı olan Əyalətlər Məclisi gündəm olmadığı üçün açılış etmədi.

Stiven Houkinq vəfat etdi

Dünyanın ən məşhur fiziklərindən olan, ingilis alim, astronom və yazıçı Stiven Houkinq vəfat edib. 21 yaşında müalicəsi olmayan ALS xəstəliyinə yoluxan alimin bu xəstəlikdən vəfat etdiyi ehtimal edilir.

Məşhur hakerin meyiti tapıldı

"New York Times", "Microsoft" və "Yahoo" kimi sistemlərə sızmağı bacaran 37 yaşlı Adrian Lamo adlı hakerin meyiti evində tapıldı. Lamo ABŞ ordusunun gizli məlumatlarını oğurlamaqda ittiham edilirdi.

Məşhur Youtuber "Youtube"a silahla hücum etdi

İranda yaşayan, azərbaycanlı Nasim Nəcəfi Ağdam "Youtube"un Kaliforniya ştatındakı əsas ofisinə silahla hücum etdi. 4 nəfəri yaraladıqdan sonra isə intihar etdi.

Mark Zukerberq 87 milyon istifadəçinin məlumatlarını sızdırdı

"Facebook"un qurucusu Mark Zukerberq 87 milyon istifadəçinin məlumatlarını İngiltərədəki "Cambridge Analytica" şirkətinə verdiyini etiraf etdi. İfadə verən Mark üzr istədi.

Serj Sarkisyan istefa verdi

Ermənistanda keçirilən etiraz aksiyalarından sonra Ermənistanın baş naziri Serj Sarkisyan "Küçələrdən gələn tələbi yerinə yetirirəm" açıqlamasını verərək istefa verdi.

İki lider görüşdü