Axmaq zarafat ölümlə nəticələndi


Dünya 30 Dek 2018 18:39:00 273 0

Axmaq zarafat ölümlə nəticələndi

Pakistanli bloqer Ran Zuxayr zarafat oyunu zamanı öldürülüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bloqer başına döşəkağı salaraq xəyalət obrazında parkda istirahət edən adamları qorxudarkən buradan keçən bir kişi onu güllə ilə vurub. Bloqer yerindəcə keçinib.

Bildirilir ki, üç dost "YouTube"da kanal açaraq şəhərin müxtəlif yerlərində tanımadıqları adamları müxtəlif yollarla qorxudaraq bu kanalda yerləşdiriblər. Bir ay ərzində onlar 3 mindən çox abunəçi və 100 min baxış toplayıblar.

Polis Ran Zuxayrın iki dostunu təhrikçilikdə günahlandıraraq saxlayıb.