Yevlaxda avtomobil arxa düşdü,


Digərləri 30 Dek 2018 17:04:00 316 0

Yevlaxda avtomobil arxa düşdü,

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi olub.

Son.az Report-a istinadən bildirir ki, hadisə Qoyunbinəsi kəndində qeydə alınıb.

Hərəkətdə olan "Volkswagen" markalı avtomobilin idarəetmədən çıxaraq, yol kənarındakı arxa düşməsi nəticəsində 1 nəfər, Samux rayon sakini, 1997-ci il təvəllüdlü Elvin Mehdiyev xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Hadisə zamanı avtomobildə olan digər 3 nəfər xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.  

Daha əvvəl Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az