Müdafiə naziri bayramlar münasibətilə hərbi hospitalda olub


Digərləri 30 Dek 2018 15:25:00 448 0

Müdafiə naziri bayramlar münasibətilə hərbi hospitalda olub

Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.

Son.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.


Xəbərə aid fotolar