Heydər Əliyev Sarayında "Yeni İl Nağılı" tamaşası təqdim olundu


Kriminal 30 Dek 2018 15:19:00 578 0

Heydər Əliyev Sarayında "Yeni İl Nağılı" tamaşası təqdim olundu

Dekabrın 29 və 30-da Heydər Əliyev Sarayında uşaqlarların sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə ən maraqlı interaktiv, musiqili "Yeni İl Nağılı" tamaşası təqdim olundu.

Son.az xəbər verir ki. simfonik orkestrin müşaiyəti ilə baş tutan musiqili-nağılda uşaqlar Şaxta baba, Elza, Ələddin, Su pərisi və digər qəhrəmanlarla birgə möcüzəli nağıl ölkələrinə səyahət etdilər.

Musiqili-nağıl ən populyar cizgi filmlərin motivləri əsasında hazırlanmışdı. Yeni il şənliyində Simfonik orkestrin müşaiyəti ilə müğənnilərin ifasında sevilən cizgi filmləri "Gözəl və Bədheybət", "Soyuq ürək", "Ələddin", "Pinokkio", "Mulan", "Kral Şir", "Su pərisi", "Vinni Pux" və başqalarından musiqilər səsləndirildi.