Nazirlik əlilliyi olan şəxsləri 35 351 reabilitasiya vasitəsi ilə təmin edib


Digərləri 30 Dek 2018 14:18:00 569 0

Nazirlik əlilliyi olan şəxsləri 35 351 reabilitasiya vasitəsi ilə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2018-ci ildə 9284 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, onlardan 1039-nu ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar təşkil edib.

Əlilliyi olan şəxslərə 1436 əlil arabası, 794 eşitmə aparatı, 6980 cüt protez və ya ortopedik ayaqqabı, 1681 aşağı və yuxarı ətraf, döş protezi verilib. Həmçinin bu kateqoriyadan olan vətəndaşlara  9535 müxtəlif reabilitasiya vasitələri, 1485 yuxarı və aşağı ətraf ortezləri, 341 bel və boyun nahiyəsi üçün korset, 811 dördayaqlı dayaq vasitəsi,  949 cüt qoltuqaltı, 1526 cüt dirsəkaltı ağac və s. təqdim olunub.