Gürcüstanda erməni əsilli əsgər odlu silahla özünə xəsarət yetirib


Dünya 30 Dek 2018 14:04:00 288 0

Gürcüstanda erməni əsilli əsgər odlu silahla özünə xəsarət yetirib

Gürcüstanın Xususi Penitensiar Xidmətində müddətli hərbi xidmət keçən əsgər, 20 yaşlı Xaçatur Mankasaryan növbətçilik zamanı odlu silahdan özünə xəsarət yetirib.

Son.az Report-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə dekabrın 29-da, axşam saatlarında baş verib. X.Mankasaryan bu ilin 10 oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. Oktyabrın 23-dən etibarən o, 17 saylı Rustavi həbsxanasının Bayır mühafizə xidmətində xidmətə başlayıb.

X.Mankasaryan xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hazırda onun vəziyyəti sabitdir və həyatı təhlükədə deyil.