Daha bir ərəb lideri Əsədlə görüşə gəlir


Dünya 30 Dek 2018 13:43:00 457 0

Daha bir ərəb lideri Əsədlə görüşə gəlir

Mavritaniya Prezidenti Məhəmməd Vəlid Əbdüləziz 10 yanvar 2019-cu ildə Dəməşqdə rəsmi səfərdə olacaq.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Sputnik agentliyi məlumat yayıb. Mavritaniya prezidenti bu ziyarəti ilə Suriyadakı qarşıdurmanın başladığı gündən bəri Dəməşqə səfər edən ikinci ərəb lideri olacaq.

Agentliyin mənbəsi vurğulayıb ki, Əbdüləzizin səfər tarixi daha əvvələ planlaşdırılmışdı, lakin gerçəkləşdirmək mümkün olmayıb. Əgər sözügedən səfər baş tutsaydı, Vəlid Əbdüləziz Suriyaya səfər edən birinci ərəb lideri olacaqdı.