İlin dalaşanları, barışanları, geyimi ilə yadda qalanları "Maqazin klubu"


Şou-biznes 30 Dek 2018 13:30:00 302 0

İlin dalaşanları, barışanları, geyimi ilə yadda qalanları  "Maqazin klubu"

"Maqazin Klubu"da jurnalistlər - Zəhra Əhmədova, Pərviz Hüseyn və Sərvər Mehtiyev yenidən bir araya yığışıb.

Son.az Axşam.az-a istinadən bildirir ki, bu dəfə ilin yekunlarını müzakirə ediblər.

Ötən illərdə olduğu kimi, bu dəfə də qalmaqallı, barışıqlı, toylu-büsatlı, klipli, təqdimatlı və konsertli bir il oldu.

Bu il yeni simalar çox az olsa da, illərdir möhürünü vurmuş sənətçilər ön plana çıxdı.

Konsertlər verib, mahnılar çıxaran və kliplər çəkdirən müğənnilər sırasında Xalq artisti Aygün Kazımova, Əməkdar artistlər Röya Ayxan, Miri Yusif, müğənnilər Günay İbrahimli, Murad Arif, Zamiq Hüseynov, Nura Suri və başqaları var idi.

Nigar Camal fərqli tərzdə olan ifası ilə diqqət çəkərkən, Şəbnəm Tovuzlu "Gucci" mövzusu ilə gündəm oldu.

İlin konsertləri sırasına Baloğlan Əşrəfovun "fiyasko" konserti və Aygün Kazımovanın "Duy" adlı konserti damğa vurdu.