Nəsimi rayonunda evdə yanğın baş verib


Digərləri 30 Dek 2018 13:28:54 313 0

Nəsimi rayonunda evdə yanğın baş verib

Nəsimi rayonunda evdə yanğın baş verib

Bakı. Tural Turan - Nəsimi rayonunda evdə yanğın baş verib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 6 otaqlı evin damında tikilmiş taxta konstruksiyadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.