Ankarada terror əməliyyatı


Dünya 30 Dek 2018 13:00:00 521 0

Ankarada terror əməliyyatı

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Ankara şəhərində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əməliyyat zamanı 30 nəfər şübhəli şəxs saxlanılıb. Həbs olunanlar xarici ölkə vətəndaşlarıdır. Tibbi müayinədən keçirilən bu şəxslər haqqında konkret faktlar üzrə cinayət işi açılıb.