Yəhudi qruplaşmasının 4 üzvü NyuYorkda həbs edildi


Dünya 30 Dek 2018 11:46:00 418 0

Yəhudi qruplaşmasının 4 üzvü NyuYorkda həbs edildi

Nyu-Yorkda ekstremist yəhudi qruplaşmasının dörd üzvü iki yeniyetmənin oğurluğunda təqsirləndirilərək həbs olunub.

Son.az Report-a istinadən bildirir ki, Nyu-Yorkun Cənub dairəsinin prokurorunun dediyinə görə, saxlanılanlar ultraortodoksal "Lev Axor" sektasının üzvləridir. Onlardan biri, Bruklin şəhərində yaşayan 45 yaşlı Aron Rozner dekabrın 23-də həbs olunub.

Saxlanılanlardan Nahman Helbransın təriqətin lideri olduğu ehtimal edilir. O və qruplaşmanın üzvləri Mayer Rozner və Ceykob Rozner Nyu-Yorka gələn kimi həbs ediliblər.