Kim çen In hamını Şimali Koreyaya çağırır


Dünya 30 Dek 2018 11:25:00 328 0

Kim çen In hamını Şimali Koreyaya çağırır

Koreya Xalq Demokratik Respublikası (KXDR) əcnəbiləri Yeni ili ölkənin turizm mərkəzlərində qeyd etməyə çağırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, KXDR-in Dövlət Turizm Administrasiyası bununla bağlı xüsusi turlar planı hazırlayıb.

Plana əsasən, dekabrın son günlərindən yanvarın 5-dək davam edəcək tur çərçivəsində əcnəbi turistlər paytaxt Pxenyan da daxil olmaqla ölkənin bir neçə yerində turizm obyektlərinə baş çəkə biləcəklər. Bura Pxenyanın Kim İr-sen meydanında Yeni ilin qarşılanması şənliyində iştirak, buz festivalını, Cənubi Koreya ilə həmsərhəd bölgədəki Keson şəhərini, Myohyanq dağını ziyarət və s. aiddir.