İsrailin təhlükəsizlik qüvvələri bu il 6489 fələstinlini saxlayıb


Dünya 30 Dek 2018 10:58:00 453 0

İsrailin təhlükəsizlik qüvvələri bu il 6489 fələstinlini saxlayıb

İsrailin təhlükəsizlik qüvvələri 2018-ci ilin əvvəlindən keçirdiyi reyd və əməliyyatlar zamanı 6489 fələstinlini saxlayıb.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, onlardan 1063 nəfəri uşaq və yeniyetmələr, həmçinin 140-ı qadınlardır. Saxlanılanlar arasında 6 deputat, 38 jurnalist də var. Fələstinlilər İsrailin 22 həbsxanasında və müvəqqəti təcridxanasında saxlanılırlar.