ABŞ hərbçilərinin ilk qrupunu Suriyadan çıxarıb


Dünya 30 Dek 2018 09:14:00 245 0

ABŞ hərbçilərinin ilk qrupunu Suriyadan çıxarıb

Amerika qoşunları Suriyada İraqla sərhəddə yerləşən anbarı boşaldıblar: texnika və azı 50 hərbçi oranı tərk edib.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə mənbəyə istinadən "Anadolu" məlumat yayıb.

Bildirilir ki, ərazisi 400 kvadratmetr olan anbar bu günə qədər Amerika hərbi texnikasının paylaşdırılması üçün mərkəz rolunu oynayıb.

Məlumata görə, anbardakı silah və döyüş sursatları zirehli avtomobillər vasitəsi ilə İraqa aparılıb. Anbar ərazisində xidmət çəkən Amerika hərbçiləri da həmin istiqamətdə yola düşüblər.