Fransanın Nant şəhərində Azərbaycan dili məktəbi açılacaq


Digərləri 30 Dek 2018 09:09:00 256 0

Fransanın Nant şəhərində Azərbaycan dili məktəbi açılacaq

Fransanın Nant şəhərində Azərbaycan dili və mədəniyyəti məktəbinin açılması planlaşdırılır.

Son.az Report-a istinadən xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov "Xalq qəzeti"ndə dərc olunan məqaləsində deyib.

Onun sözlərinə görə, hazırda soydaşlarımızın yaşadıqları ölkələrdə assimlyasiya deyil, inteqrasiya etməsi aktual məsələ olaraq qalır:

"Soydaşlarımızın yaşadıqları ölkələrdə assimlyasiya deyil, inteqrasiya etməsi hər zaman aktualdır və ana dilinin qorunub yaşadılması dövlət komitəsinin qarşısında qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə də davamlı işlər görülür. Məsələn, bu yaxınlarda İsveçrədə "Qarabağ" adlı Azərbaycan dili və mədəniyyəti məktəbi açılaraq, soydaşlarımızın istifadəsinə verilib. Fransanın Nant şəhərindədə belə bir tədris ocağının açılması planlaşdırılır".