Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən Suriya vətəndaşı saxlanılıb


Dünya 30 Dek 2018 08:59:00 280 0

Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən Suriya vətəndaşı saxlanılıb

Almaniyanın Maynz şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən Suriya vətəndaşı saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, 26 yaşlı suriyalı Mayz şəhərində yerləşən mənzilində saxlanılıb. Onun mənzilində polislər tərəfindən axtarış keçirilib.

Bildirilir ki, Almaniya polisi Niderlandın hüquq-mühafizə orqanları ilə əlaqəda olaraq saxlanılmanı həyata keçiriblər.

Qeyd edilir ki, saxlanılan şəxsin daha əvvəl Roterdamda terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılan 4 nəfərlə əlqəsi ola bilər.