Bakıda 5 minə yaxın partlayıcı vasitələr aşkarlanıb FOTO


Kriminal 30 Dek 2018 07:22:00 397 0

Bakıda 5 minə yaxın partlayıcı vasitələr aşkarlanıb  FOTO

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-dən Son.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları dekabrın 22-də bu məqsədlə keçirdikləri növbəti tədbir zamanı Mehdiabad qəsəbəsinin ərazisindəki mağazaların birindən 2300 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürüblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Xəbərə aid fotolar