Fransada etiraz aksiyalarında 12 minə yaxın insan iştirak edib


Dünya 30 Dek 2018 07:32:00 244 0

Fransada etiraz aksiyalarında 12 minə yaxın insan iştirak edib

Fransada "sarı jiletlər" hərəkatının növbəti etiraz aksiyasında 12 minə yaxın insan iştirak edib.

Son.az Trend-ə istinadən bildirir ki, paytaxt Parisdə etiraz aksiyasına 800-ə yaxın insan qoşulub. Dekabrın 22-si keçirilən aksiyada bütün ölkə üzrə 38 mindən artıq etirazçı iştirak etmişdi.

Parisdə etiraz aksiyaları zamanı 57 nəfər saxlanılıb, onlardan 33-ü həbs edilib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.