Məşhur Hollivud ulduzu 20 illik arvadından boşanır


Digərləri 30 Dek 2018 01:30:00 414 0

Məşhur Hollivud ulduzu 20 illik arvadından boşanır

"Şotlandiyanın sonuncu kralı", "Qara pantera" filmləri ilə məşhurlaşan, "Oskar" laueratı Forest Uitaker boşanır.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, ulduz aktyor Los-Anceles məhkəmələrindən birinə boşanma ərizəsi ilə müraciət edib.

Forestin həyat yoldaşı da keçmiş aktrisadır. Keyşey Neş və Forest 1994-cü ildə bir filmin çəkilişlərində tanış olublar. Cütlük 1996-cı ildə ailə qurub. Keyşey və Uitakerin 4 övladı var: Sonnet və Tru adlı qızları, Ouşen adlı oğulları. Bundan başqa Keyşinin əvvəlki nikahdan olan Otomn adlı qızı da onlarla birlikdə qalır.