Almaniyada sürücü maşınla aeroport ərazisinə


Dünya 29 Dek 2018 23:36:00 235 0

Almaniyada sürücü maşınla aeroport ərazisinə

Almaniyanın Hannover şəhər hava limanı naməlum şəxsin Polşa dövlət qeydiyyat nişanlı minik avtomobili ilə aeroport ərazisinə keçmək cəhdindən sonra reyslərin qəbulunu və göndərilməsini dayandırıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə şənbə günü Almaniya federal polisi məlumat yayıb.

Bildirilir ki, maşını idarə edən kişi saxlanılıb. Hadisə Bakı vaxtı ilə 19:00 radələrində buraxılış məntəqələrindən birində baş verib. Avtomobil darvazanı qıraraq aeroport ərazisinə daxil olub. Sürücü eniş edən laynerə doğru hərəkət etmək istəyib. Lakin polislər onun qarşısını ala bilib.

"A" terminalından başqa hava limanının digər terminalları sərnişin və onları qarşılayanlar üçün açıqdır. Reys qəbulu və göndərilməsinə qoyulan qadağanın nə qədər uzanacağı məlum deyil.


Xəbərə aid fotolar