İslama dəvət necə olmalıdır?


Digərləri 29 Dek 2018 23:20:00 673 0

İslama dəvət necə olmalıdır?

İslama dəvət ən fəzilətli, xeyirli və savabı çox olan, insanlara dünya və axirətdə xoşbəxtlik nəsib edən, haqq yoluna çağıran əməllərdəndir. Uca Allah buyurur: "(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət, 33). İslama dəvət peyğəmbərlərin bizə qoyub getdiyi şərəfli missiyadır. Uca Allah peyğəmbərlərə (Onlara Allahın salamı olsun) və onların ardıcıllarına dəvət etməyi əmr edərək buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır". (Ali İmran, 104). Son.az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Sizdən əvvəlki ümmətlərdən biri günah etdikdə digəri gələrək ona: "Ey insan, Allahdan qorx! Səhəri sanki onu günah edərkən görməmiş kimi onunla birlikdə oturar, yeyər və içər. Allah onların belə etdiklərini gördükdə qəlblərini bir-birinə bənzədər və sonra da onları Peyğəmbərləri Davud və İsanın (Allahın onlara salamı olsun) dili ilə lənətləyər. Bu onların üsyan etmələri və həddi aşmalarına görə idi. Muhəmmədin nəfsi əlində olana and olsun ki, ya siz yaxşılığı əmr edib, pislikdən çəkindirər, zalımı əlindən tutaraq pislikdən çəkindirər, ya da Allah qəlblərinizi bir-birinizə bənzədər, sonra da onları lənətlədiyi kimi sizi də lənətləyər". (Əbu Davud, 4337; ət-Tirmizi, 3047). İslama dəvət etməyin savabı Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İnsanları doğru yola cağıranın mukafatının üzərinə onun dəvət etdiklərinin mukafatı əlavə olunacaq və bundan heç bir şey əksilməyəcək. İnsanları doğru yoldan uzaqlaşdıran və zəlalətə çağıranlara azdırdığı insanların da günahı yüklənəcək və bundan heç nə əksilməyəcək". (Muslim, 2674). Başqa bir rəvayətdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) belə buyurmuşdur: "Onların yurdu­na gedib çata­na­dək tələsmə. Sonra onları İslama dəvət et və özlərinə vacib buyrulanı onlara bildir. Vallahi, əgər Allah sənin vasitənlə bir nəfəri doğru yola yönəlt­sə, bu sə­nin üçün qırmızı dəvələrdən daha xeyirli olar". (əl-Buxari, 2942). Dəvət hansı ardıcıllıqla olmalıdır İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Muaz ibn Cəbəli (Allah ondan razı olsun) Yəmənə gön­də­rərkən demişdir: "Onları Allahdan başqa məbudun olmadığını və mənim Allahın elçisi olduğumu (Lə iləhə illəllah, Muhəmmədən Rasulullah) qəbul etməyə dəvət et. Əgər bunu qəbul etsələr, onla­ra bildir ki, Allah onlara gecə və gündüz beş vaxt namaz qılmağı vacib buyur­muşdur. Bunu da qəbul etsələr, onlara bildir ki, Allah onlara mallarından zəkat ver­məyi - dövlətlilərindən götürüb kasıblara paylamağı vacib buyur­muşdur". (əl-Buxari, 1395). İlk növbədə insanları Allaha şərik qoşmaqdan çəkindirmək, yalnız Ona ibadət etməyə çağırmaq lazımdır. Allaha şərik qoşmaq deyildikdə, pirlərə, ocaqlara, ölüb getmiş saleh insanlara yalvarmaq, yalnız Allahın qüdrəti çatanı yaradılmışlara şamil etmək başa düşülür.   Allah yoluna dəvətdə əziyyətlərə səbr etmək Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanları İslama dəvət edərkən cürbəcür böhtan, hədə, təhqir, istehza, əzab-əziyyətlərə məruz qalmış, insanların ona sehrbaz, dəli, şair deməsinə, onu daşa basmasına səbr etmişdir. Uca Allah buyurur: "Sən səbrli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy (axirətə) yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər". (ər-Rum, 60). "And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa". (əl-Əsr, 1-3).   Dəvətçidə hansı xüsusiyyətlər olmalıdır? Bütün müsəlmanlara olduğu kimi, dəvətçilərə də Allah Rəsulunu (salləllahu aleyhi və səlləm) özlərinə örnək götürmək, onun əxlaqına yiyələnmək və onun yolunu tutub getmək vacibdir. Uca Allah buyurur: "Allahın Elçisi sizlərə - Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir". (əl-Əhzəb, 21). Buna görə də Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və səhabələrin (Allah onlardan razı olsun) həyatından, onların nəyə və necə dəvət etdiklərindən məlumatlı olmaq lazımdır. Dəvət edən insan əsas xüsusiyyətlərindən biri də əxlaqlı olmasıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "(Qi­yamət günü qoyulacaq) tərəzidə gözəl əxlaqdan daha ağır gələn bir şey yoxdur". (Əbu Davud, 2/ 389; əl-Buxari "Ədəbul-Mufrad" 270). Dəvətçi İslamı sevdirməli, nifrətə səbəb olmamalı və insanlara dini asanlaşdırmalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Asanlaşdırın, çətinləşdirməyin! Rahatlaşdırın, nifrət oyatmayın!" (əl-Buxari "Ədəbul-Mufrad", 473). "Həqiqə­tən, bu din asan­dır. Dini çətinləşdirən elə bir kimsə yoxdur ki, din onu üstələməsin" (əl-Buxari, 39). Aişə (Allah ondan razı olsun) demişdir: "Peyğəmbərə (salləllahu aleyhi və səlləm) iki şeydən birini seç­mək təklif edil­dikdə - gü­nah işlər istisna olmaqla - həmişə daha asan ola­nı­nı seçərdi. Günah iş görmək təklif olun­­duqda isə o, bundan hamıdan çox çə­ki­­nərdi" (əl-Buxari, 3560). Dəvət edən şəxs elmli, hikmətli, səxavətli, mülayim olmalı, insanların vəziyyət və vərdişlərini nəzərə almalı, onların başa düşəcəyi tərzdə danışmalı, dəvət etdiyi şeyi yaxşı bilməli və özü əməl etməli, gözəl tərzdə mübahisə etməli və digər məsələləri bacardıqca nəzərə almalıdır. Uca Allah buyurur: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125). Həmçinin buyurmuşdur: "Allahın mərhə