Azərbaycan neftinin qiymətində ucuzlaşma olub


Digərləri 29 Dek 2018 23:14:00 364 0

Azərbaycan neftinin qiymətində ucuzlaşma olub

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 28-i 53,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel azdır.

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 28-i 53,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 28-i 52,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,52 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 28-i 49,91 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,51 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 28-i 50,21 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,38 dollar/barel çoxdur.