İnfarkt riskini azaldan ədviyyat


Digərləri 29 Dek 2018 22:57:00 538 0

İnfarkt riskini azaldan ədviyyat

Amerikanın "Kardiologiya" jurnalında dərc olunan bir araşdırmaya görə, sarıkök infarkt riskini 56 faiz azaldır.

Son.az publika.az-a istinadən xəbər verir ki, sarıkök insanın ürək və damar sağlamlığına aerobika məşqi qədər müsbət təsir göstərir. Lakin bu, o demək deyil sarıkök məşqi əvəz edə bilər. Bununla belə, tədqiqatlar nəticəsində bu ədviyyatın ürək-damar xəstəliklərinin müalicəsi üçün faydalı olduğu üzə çıxıb.

Ürək-damar fəaliyyətini yaxşılaşdırmaq üçün gündə 150 mq sarıkök qəbul etmək lazımdır. Bu proses yalnız 8 həftə davam etməlidir. Gündəlik bir çay qaşığı sarıkök qəbul edə və ya kapsulları ala bilərsiniz.