Rusiyada "Rosneft"in avtobusu qəzaya uğrayıb,


Dünya 29 Dek 2018 22:39:00 224 0

Rusiyada "Rosneft"in avtobusu qəzaya uğrayıb,

Dekabrın 29-da Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nefteyuqansk rayonu ərazisində yük maşını ilə avtobusun toqquşması nəticəsində azərbaycanlılar da daxil olmaqla 6 nəfər ölüb, 24-ü yaralanıb. Onlardan 12-nin vəziyyəti ağırdır.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Yuqra hökumətinin rəsmi qərargahı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin məlumatına görə, qəza Bakı vaxtı ilə təqribən 17:00 radələrində "Tümen - Xantı-Mansiysk" federal avtomobil yolunun 820 km-də baş verib.

"MAZ" markalı yük avtomobili qarşı hərəkət zolağına çıxaraq burada "Rosneft" ASC-nin Nefteyuqansk filialının əməkdaşlarını daşıyan avtobusla toqquşub. Ardınca "Qazel", "Niva" və yanacaqdaşıyan maşın da onlara çırpılıb.


Xəbərə aid fotolar