Halal ruzi axtarın!


Digərləri 29 Dek 2018 22:40:00 337 0

Halal ruzi axtarın!

Məxluqa fayda verən hər bir şey ruzi adlanır. Ruzini yaradan və bəndələrinə bəxş edən yalnız Allahdır. O, ruzini hər kəsə - həm sevdiyinə, həm də sevmədiyinə, həm güclüyə, həm də zəif olana verir. Uca Allah buyurur: "Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)" (Hud, 6).

Zəfər və ruzi zəiflərə görə bəxş edilir Rəvayət edilir ki, Musab ibn Səd demişdir: "Səd ibn Əbu Vəqqas cəsur, həm də dövlətli olduğundan özünün başqalarından üstün olduğunu güman edir­di. Onda Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: "Məgər sizə aranızdakı zəiflərin (duaları sa­yəsində) zəfər və ruzi bəxş edilmirmi?!" (əl-Buxari, 2896)

Ruzinin artmasına nə səbəb olur? Son.az zikr.az-a istinadən bildirir ki, Allah Elçisi  demişdir: "Qoy ruzisinin çoxalmasını və ömrünün uzadılmasını istə­yən kimsə, qohumluq əlaqələrini möhkəmləndirsin". (əl-Buxari "Ədəbul-Mufrad" 56).