Telefon asılılığından azad olmağa hazırsınızmı?


Digərləri 29 Dek 2018 22:35:00 308 0

Telefon asılılığından azad olmağa hazırsınızmı?

Bir çox smartfon istifadəçisi, cihazlarına xeyli vaxt sərf etdiklərinə görə getdikcə daha çox narahat hissi keçirməkdədirlər.

Google bildirib ki, Android əməliyyat sistemi istifadəçilərinin 70 faizi telefon və planşetlərinə çox vaxt sərf etdiklərinə görə narahatdırlar.

Bu tendensiya texnologiya sektorunu qəribə bir vəziyyətə salır.

Öz platformalarına daha çox istifadəçi cəlb etməyə çalışan şirkətlər, insanların mobil telefonlarından uzaq durmasına necə kömək edə bilərlər?

Həm Apple, həm də Google, "Screen Time" (Ekran Vaxtı) və "Digital Welbeing" (Rəqəmsal Sağlamlıq) adlı iki rəqəmsal alət yaradaraq, onların vasitəsilə iPhone və Android istifadəçilərinə cihazlara nə qədər vaxt sərf edildiyini göstərə bilər.

Google-un Londondakı proqram mühəndisi Rose La Prairie yeni tətbiqin inkişaf etdirənlərdən biridir.

"Bu cür məlumatı nəzərdən keçirmək bəzi istifadəçilərə kifayət edir ki, telefona xərclədikləri vaxtın həcmindən şoka düşsünlər," - Google-un Londondakı proqram mühəndisi, yeni tətbiqin müəlliflərindən biri - Rose La Prairie deyir.

"Yaxşı bir təcrübə"

Apple-dan fərqli olaraq, Google-un əsas qazancı reklamlardan çıxır, odur ki, Google istifadəçinin gözünün ekranda olmasında maraqlıdır.

La Prairie-in sözlərinə görə, onun şirkətini maraqlandıran əsas məqsəd "istifadəçilərinin yaxşı bir təcrübə qazanmasıdır"

Bəzi şirkətlər isə böyük ekranlı smartfonlardan uzaqlaşmanın yolunu daha kiçik ekranlı smartfonlara keçməkdə görür.