Azərbaycanda həkimlər arasında maaş sorğusu


Digərləri 29 Dek 2018 22:25:00 598 0

Azərbaycanda həkimlər arasında maaş sorğusu

2018-ci ilin mart ayında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında  və Yevlax rayon Mərkəzi Xəstəxanasında çalışan həkimlərin işdən məmnunluğunun və İcbari Tibbi Sığorta sisteminin tətbiqinə münasibətinin öyrənilməsi məqsədilə sorğu keçirilib.

Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Sığorta departamentinin rəhbəri Vüqar Qurbanov deyib. Bildirib ki, sorğunun nəticələrinə görə, həkimlərin əksəriyyəti 105-300 manat həcmində aylıq məvacib alır: "Sorğunun nəticələrinə əsasən onu demək olar ki, 2016-cı ildə Mingəçevir ŞMX-da çalışan həkimlərin 85.3%-i, Yevlax RMX-da isə 82.1%-i 105-300 manat həcmində aylıq məvacib alıb. 2017-сi ildən etibarən İTS-nin tətbiqindən sonra Mingəçevir ŞMX və Yevlax RMX-da fəaliyyət göstərən həkimlərin əməkhaqlarına 2 növdən ibarət əlavələrin ödənilməsinə başlanılıb. Bunun nəticəsində Mingəçevir ŞMX-da çalışan həkimlərin 53.1%-nin, Yevlax RMX-da isə 62%-nin aylıq məvacibi 341-540 manat olub. 541 manatdan çox aylıq məvacib alan həkimlərin Mingəçevir ŞMX üzrə göstəricisi 36.9%, Yevlax RMX üzrə 28% təşkil edib. Aldıqları məvacibdən məmnunluq səviyyəsinə gəldikdə Mingəçevir ŞMX üzrə bu göstərici 58.4%, Yevlax RMX üzrə isə 56% qeydə alınıb".   Departament rəhbərinin sözlərinə görə, Ağdaş həkimləri məvaciblərindən narazıdır: "Nəticələrdən məlum olur ki, Ağdaş RMX-da çalışan həkimlərin cəmi 17%-i aldıqları məvacibdən razıdır. Qeyd olunmalıdır ki, Ağdaş rayonunda sorğu Prezidentin Ağdaş rayonu üzrə İTS-nin tətbiqi ilə bağlı imzaladığı Fərmandan bir ay sonra keçirilib".