Yeni ildən qalma salatları sonrakı günlər yemək təhlükəlidir–


Digərləri 29 Dek 2018 22:05:00 316 0

Yeni ildən qalma salatları sonrakı günlər yemək təhlükəlidir–

Yeni ildə xanımlar bir yox, bir neçə salat hazırlayır. Bəzən salatlara bir-birinə uyğun gəlməyən ərzaqlar da qatılır. Müasir icad olunan salatların çoxu qida standartlarına uyğun deyil. Salatı hazırladız, bəs onun saxlanması, neçə gün istifadəsi qaydalaeını bilən varmı?

Düzdür bu ənənə təkcə Azərbaycanda deyil, bütün MDB dövlətlərində Yeni il süfrəsindən qalma salatlar sonrakı günlər insanlar yeyir. Hətta salatı bol hazırlayırlar ki, onsuz da evdəyik yeyiləcək.

Belə salatlar uşaqlar, hamilə qadınlar, xəstə insanlar üçün çox təhlükəlidir. Eləcə də alkoqol qəbul edən insanın öncədən və sonradan " boyat" salat yeməsi zəhəlrənmə baxımından çox risklidir.

Yeni il süfrəsindən qalma salatlar neçə gün sonraya kimi yeyilə bilər? Əgər yemək qadağandırsa niyə?

Son.az medicina.az-a istinadən bildirir ki, həkimlərimiz yekdiklliklə bu salatların 1 gündən artıq saxlanılıb yeyilməsinə qarşı çıxdılar.

" Yeni il salatları, Olivye, Paytaxt, Mimoza kimi salatlar soyuducuda 1 sutkadan artıq saxlanılmır. Qida normalarına görə hazır salatlar hazırlandıqdan 2-3 saat sonra yeyilməli və bitməlidir.