Göygöldə gənc oğlan bıçaqlanıb


Digərləri 29 Dek 2018 21:43:00 561 0

Göygöldə gənc oğlan bıçaqlanıb

Göygöl şəhərində bıçaqlanma hadisəsi olub.

Son.az "Report"a istinadən bildirir ki, 1992-ci il təvəllüdlü Elçin İlham oğlu Abbasov naməlum şəraitdə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi araşdırılır.

Daha əvvəl Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.