Zakir Həsənov “Açıq qapı” günündə olub FOTO


Digərləri 29 Dek 2018 21:46:00 450 0

Zakir Həsənov “Açıq qapı” günündə olub  FOTO

Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə hərbi hissələrdə əsgər valideynləri və yaxınlarının, Milli Məclisin deputatlarının, yerli rayon rəhbərliklərinin, ictimaiyyət nümayəndələri və mədəniyyət işçilərinin iştirakı ilə "Açıq qapı" günü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildiriblər ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti döyüş zonasında yerləşən hərbi hissələrdən birində keçirilən "Açıq qapı" günündə olub.

Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirilən görüşdə valideynləri maraqlandıran məsələlər müzakirə olunub və onların sualları cavablandırılıb. Əsgər valideynlərini dinlədikdən sonra nazir bir sıra məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Nazir və digər rəhbər şəxslər əsgər yaxınları, valideynləri ilə birlikdə bayram şənliyində iştirak ediblər.


Xəbərə aid fotolar