İçməyin, özünüz cəhənnəmə, gələcək nəsillərə yazığınız gəlsin –


Digərləri 29 Dek 2018 21:05:00 517 0

İçməyin, özünüz cəhənnəmə, gələcək nəsillərə yazığınız gəlsin –

" Azərbaycanlıların ən böyük düşmənlərindən biri HELL içkisi və onun  reklamını edənlərdir. İçməyin, özünüz cəhənnəm, gələcək nəsillərə yazığınız gəlsin".  

Son.az medicina.az-a istinadən bildirir ki, bu sözləri hazırda Almaniyada çalışan gənc azərbaycanlı həkim Rəşad Müseyibzadə bildirib.

O, Azərbaycanda uşaqdan böyüyə çoxluğun energetik içkilərə aludəçiliyi probleminə toxunaraq bu içkilərin sağlamlığa zərəri barədə bir daha məlumat paylaşıb.

" Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein var, bu isə insanı bir müddət gümrah və diqqətini daha yaxşı toplamasına kömək edir. Bu, sadəcə müsbət tərəfidir. Mənfi tərəfləri isə həddən artıqdır. İlk öncə, enerji içkiləri hamilə qadınlara, uşaqlara və yetkinlik yaşına çatmayan (16-18 yaş) gənclərə məsləhət görülmür. Hətta bir neçə ölkədə uşaqlara və yetkinlik yaşına çatmayan gənclərə enerji içkilərinin satışı qadağandır. Almaniyada da müxalif partiyalardan biri bu qanunu təklif edib.