Maştağada yolu keçən piyadanı avtomobil vurdu


Digərləri 29 Dek 2018 20:51:00 469 0

Maştağada yolu keçən piyadanı avtomobil vurdu

Bakıda piyada yol qəzasının qurbanı olub.

Son.az Trend-ə istinadən bildirir ki, dekabrın 28-də saat 21 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Orxan Vəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Ceyhun Abbasovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.