Hərbi hissələrdə “Açıq qapı” günündən


Digərləri 29 Dek 2018 20:41:00 555 0

Hərbi hissələrdə “Açıq qapı” günündən

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunub.