Bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib FOTO


Digərləri 29 Dek 2018 19:48:00 370 0

Bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib  FOTO

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilib.

Son.az "Report"a istinadən bildirir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunub.