Təhlükəli axtarışlar


Digərləri 29 Dek 2018 19:15:00 283 0

Təhlükəli axtarışlar

Ərlə arvad yeni evə köçdülər. Səhəri yuxudan ayılan qadın pəncərəyə yaxınlaşaraq, paltar sərən qonşusunu gördü. Üzünü həyat yoldaşına tutaraq dedi:

- Bir bax, guya paltar yuyub! Hamısı çirklidir. Yəqin pis sabundan istifadə edir. Gərək bir dəfə imkan tapıb ona məsləhət verim.

Beləcə bir neçə gün davam etdi. Hər dəfə qonşu paltarları ipdən asanda, qadın deyinirdi.

Nəhayət günlərin birində arvad razı qaldı:

- Hə, bu başqa məsələ! İndi paltarlar təmizdir. Yəqin, nəhayət ki, paltar yumağı öyrənib.