Azərbaycan Prezidenti İlham Əliyev sudanlı həmkarını təbrik edib


Siyasət 29 Dek 2018 18:16:00 680 0

Azərbaycan Prezidenti İlham Əliyev sudanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sudan xalqına sülh və rifah diləyirəm".