Ziko Messini müdafiə etdi


İdman 29 Dek 2018 17:46:00 277 0

Ziko Messini müdafiə etdi

Braziliyalı mütəxəssis Ziko, Barcelona-nın və Argentina millisinin hücumçusu Lionel Messi haqqında danışıb.

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis, dünya çempionu ola bilmədiyi üçün tənqid edilən Messiyə dəstək olub:

“Hazırda insanlar nə qazandığınızı düşünürlər, amma məncə, vacib olan görülən işdir. Messinin dünya çempionu ola bilməməsi, onun dəyərini azaltmaz. Yohan Kroyff da dünya çempionu ola bilmədi, amma futbol tarixindəki ən böyük futbolçulardan biri idi və hər zaman da elə qalacaq. Bu gün artıq hər kəs ən yaxşılar haqqında danışır. Amma futbol belə deyil, futbol komanda oyunudur, fərdlərin oyunu yox”.