Bakıda avtomobillərin qiyməti bahalaşıb


Digərləri 29 Dek 2018 17:39:00 202 0

Bakıda avtomobillərin qiyməti bahalaşıb

Bakıda avtomobil bazarında bahalaşma müşahidə olunur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

Onun sözlərinə görə, ötən rüblə müqayisədə qiyməti 15 min manata qədər olan avtomobillərdə 15-20 faiz arası artım müşahidə olunub. 15 min manatdan yuxarı qiymətə olan avtomobillərdə 8-10 faiz qiymət artımı qeydə alınıb. Ekspert bildirib ki, avtomobil qiymətlərində artım oktyabrın axırından müşahidə edilməyə başladı.