İsmayıllıda ağaca çırpılan maşının sərnişini xilas edildi


Digərləri 29 Dek 2018 17:08:39 190 0

İsmayıllıda ağaca çırpılan maşının sərnişini xilas edildi

İsmayıllı rayonunun Tircan kəndində “Daewoo” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Bakı. İsmayıllı rayonunun Tircan kəndində “Daewoo” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.