Keşlədə silahlı insident


Kriminal 29 Dek 2018 16:54:00 350 0

Keşlədə silahlı insident

Daxili İşlər Nazirliyi Keşlədə baş verən güllələnmə ilə bağlı məlumat yayıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə "Hyundai" markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev ölüb, A.Bağırovun isə vəziyyəti orta-ağırdır.

Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami RPİ-yə gəlib və cinayəti törədərkən istifadə etdiyi "AK" markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.