Qocalmaya qarşı effektiv vasitə tapıldı


Digərləri 29 Dek 2018 16:24:00 181 0

Qocalmaya qarşı effektiv vasitə tapıldı

Portuqaliyalı alimlər ilk dəfə olaraq Alzheymer xəstəliyi zamanı sinir hüceyrələrinin ölümünün əslində orqanizmin artmaqda olan xətalı neyronlara reaksiyası olduğunu sübuta yetirib. Bu mexanizm beynin qocalmaya qarşı mübarizə aparmasına imkan verərək, onun normal funksionallıq müddətini uzadır.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda press-reliz "EurekAlert!" saytında dərc olunub.

Tədqiqatçılar Alzheymer xəstəliyinin modeli olan genetik modifikasiya olunmuş milçəklər üzərində təcrübə aparıb. Onların beynində neyrodegenerativ xəstəliklərin inkişafında vacib rol oynayan beta-amiloid zülallar ərsəyə gəlir.

İnsan beynində beta-amiloidlər hüceyrələri məhv edən piləklər formalaşır. Sınaq milçəklərində də demensiya əlamətlərinə bənzər simptomlar o cümlədən uzunmüddətli yaddaş itkisi, hərəkətin koordinasiyası problemləri, sinir toxumalarının sürətlə qocalması izlənilib.