Bakıda avtomobillərin qiyməti bahalaşıb


Digərləri 29 Dek 2018 16:11:04 200 0

Bakıda avtomobillərin qiyməti bahalaşıb

Bakıda avtomobil bazarında bahalaşma müşahidə olunur.

Bakı. Elçin Mehdiyev – Bakıda avtomobil bazarında bahalaşma müşahidə olunur. Bu barədə Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. Onun sözlərinə görə, ötən rüblə müqayisədə qiyməti 15 min manata qədər olan avtomobillərdə 15-20 faiz arası artım müşahidə olunub. 15 min manatdan yuxarı qiymətə olan avtomobillərdə 8-10 faiz qiymət artımı qeydə alınıb. Ekspert bildirib ki, avtomobil qiymətlərində artım oktyabrın axırından müşahidə edilməyə başladı.