3 ay oynamayacaq


İdman 29 Dek 2018 15:22:00 338 0

3 ay oynamayacaq

Juventus-un yarımmüdafiəçisi Xuan Kuadrado uzun müddət komandadan ayrı qalacaq.

Goal.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçu dizindən cərrahiyyə əməliyyatı keçirib. Həkimlər onun yaxın günlərdə bərpa prosesinə başlayacağını açıqlayıb. Ancaq futbolçu yalnız 3 aydan sonra yaşıl meydanlara qayıda biləcək.

Qeyd edək ki, Xuan Kuadrado bu mövsüm Juventus-un heyətində 16 oyunda iştirak edib.