Badminton üzrə kursları bitirən məşqçilərə Milli Olimpiya Komitəsinin sertifikatları təqdim olunub


Digərləri 29 Dek 2018 15:28:33 218 0

Badminton üzrə kursları bitirən məşqçilərə Milli Olimpiya Komitəsinin sertifikatları təqdim olunub

Milli Olimpiya Komitəsinin inzibati binasında badminton üzrə “Coaching Education Level 1” məşqçilik kurslarına qatılan məşqçilərə Milli Olimpiya Komitəsinin iştirakçı sertifikatları təqdim olunub.

Bakı. Milli Olimpiya Komitəsinin inzibati binasında badminton üzrə “Coaching Education Level 1” məşqçilik kurslarına qatılan məşqçilərə Milli Olimpiya Komitəsinin iştirakçı sertifikatları təqdim olunub. Trend-in məlumatına görə, tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin müdiri Mehman Kərimov, qurumun idman şöbəsinin rəhbəri Həsənağa Rzayev və Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev "Level 1" məşqçi kurslarının ölkəmizdə keçirilməsinin məşqçilərimizin badminton biliklərinin təkmilləşdirilməsinin və gələcək üçün badmintonçularımızın hazırlanmasında böyük rol oynadığını bildirib. Bu cür kursların böyük əhəmiyyətə malik olduğunu bildirən kursun moderatoru, Beynəlxalq Badminton Federasiyasının eksperti Murtuza Validarvi təlimlərə 11 kişi məşqçi ilə yanaşı, 7 xanım iştirakçının qatılmasınıın müsbət məqam olduğunu qeyd edib. Sonda Milli Olimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyası rəsmiləri iştirakçılarla birgə xatirə şəkli çəkdirib.