Müdafiə Naziri Zakir Həsənov cəbhə bölgəsində


Digərləri 29 Dek 2018 13:54:00 232 0

Müdafiə Naziri Zakir Həsənov cəbhə bölgəsində

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhənin Füzuli istiqamətində yerləşən hərbi hissələrdə olub və şəxsi heyətlə görüşüb.

Qurumun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, nazirliyin rəhbər heyəti aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib.

Сocuq Mərcanlı kənd məktəbində müəllim və şagirdlərlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, məktəblilərə bayram hədiyyələri təqdim edib.

Ön xətdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.